ABŞ Rusiya-Ukrayna müharibəsini belə bitirəcək – İDDİAbackend

ABŞ Rusiya-Ukrayna müharibəsini belə bitirəcək – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq məqsədilə Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. 

NOCOMMENT.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker məlumat verib.

Diplomat açıqlamasında bildirib ki, Rusiya istehsalı olan nefti alan ölkələr müharibənin davamına dolayı dəstək verirlər:

“Çin, Hindistan və Braziliya kimi Rusiya istehsalı olan nefti almaqla bu müharibənin əvəzini ödəyənlərə qarşı ikinci dərəcəli sanksiyalar və tariflər münaqişənin sona çatması üçün növbəti addımdır”.

“Bu tədbirlər Rusiyanın gəlir mənbələrinə həqiqətən zərər vuracaq”,- o əlavə edib.

Uiteker müsahibəsində də vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp məhz bu addımlar vasitəsilə Rusiya neftinin idxalçılarına qarşı sansksiya tətbiq etməklə sülhün bərqərar olması üçün şərait yaratmağa çalışır.\\Sfera.az