ABŞ: Rusiya Ukraynanı işğal etmək üçün hərbi əməliyyatlara hazırlaşırbackend

ABŞ: Rusiya Ukraynanı işğal etmək üçün hərbi əməliyyatlara hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna-Rusiya sərhədində gərginlik artmaqda davam edir. Ağ Evin sözçüsü Cen Psaki sərhəddə hərbi fəaliyyətini artıran Moskvanın daha əvvəl “işğala zəmin hazırlamaq” və Ukraynanın şərqində hərbi əməliyyatlar keçirmək üçün bəzi qruplar yerləşdirdiyini iddia edib.

“NOCOMMENT” CNNTürk-ə istinadən xəbər verir ki, Ağ Evin sözcüsü Cen Psaki mətbuat konfransında Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı dünyanın diqqət mərkəzində olan son hadisələri şərh edib.

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Rusiya Ukraynanın şərqində yalançı bayraq əməliyyatları keçirmək, “işğala zəmin hazırlamaq” üçün əvvəlcədən təxribatçılar yerləşdirib, bununla da işğal üçün bəhanə yaratmağı planlaşdırır. ABŞ Ukraynadakı dövlət qurumlarının internet saytlarına kiberhücumdan sonra əməliyyatlarla bağlı iddiaları paylaşıb.