ABŞ Rusiyadan olan qanunsuz miqrantları deportasiya edəcəkbackend

ABŞ Rusiyadan olan qanunsuz miqrantları deportasiya edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyanın sərhədçilərinə Rusiyadan və digər beş keçmiş Sovet ölkəsindən olan qeyri-qanuni miqrantları saxlayıb dərhal deportasiya etmək əmri verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “New York Post” daxili sənədə istinadən məlumat yayıb.

ABŞ-nin bu qərarı “Şərqi yarımkürə”nin 100-dən çox ölkəsinin, o cümlədən Afrika, Asiya, Avropa və Avstraliya ölkəsinin vətəndaşlarına şamil edilməyəcək. Bu ölkələrdən gəlmiş qanunsuz miqrantlar işlərinin baxılması zamanı ABŞ-da qalmaq imkanına malikdirlər.

“Yalnız Gürcüstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlar dərhal ABŞ-dan deportasiyaya göndəriləcəklər”, – nəşr memorandumu sitat gətirir.

Bu qayda sərhədin “şərq yarımkürəsi” ölkələrindən gələn qeyri-qanuni miqrantların əsas hissəsinin baş verdiyi San Dieqo şəhəri yaxınlığındakı hissəyə aiddir. Sentyabrda başa çatan son maliyyə ilində onların arasında rusiyalı miqrantların sayı rekord həddə – 43 minə çatıb.