ABŞ Rusiyadan uran almayacaq – Baydendən QADAĞAbackend

ABŞ Rusiyadan uran almayacaq – Baydendən QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Rusiyadan ABŞ-yə uranın idxalını qadağan edən qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiyadan uranın idxalına qadağa ABŞ-yə dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa imkan verəcək.

Baydenin imzaladığı qanun “dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ölkənin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək. ABŞ Konqresinin təsdiq etdiyi 2,72 milyard dollar vəsaitin ayrılması Birləşmiş Ştatlarda uranın zənginləşdirilməsi üçün potensialın yaradılmasına yol açacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatı Rusiyadan zənginləşdirilən uranın idxalını yasaqlayan qanun layihəsini yekdilliklə təsdiqləyib.