ABŞ Rusiyadan uran idxalını QADAĞAN EDİRbackend

ABŞ Rusiyadan uran idxalını QADAĞAN EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb. Sözügedən təşəbbüsü ABŞ Prezidenti Co Bayden imzalamalıdır.

Qeyd edək ki, qərara əsasən, 2028-ci ilin yanvar ayınadək müvəqqəti istisnalar olacaq. Belə ki, Vaşinqton Moskva uranının ABŞ-nin mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına imkan verəcək.

ABŞ Ticarət Departamentinin məlumatına görə, fevral ayında Rusiya ABŞ-a 1,2 milyard dollar dəyərində zənginləşdirilmiş uran satıb. Bu da 2009-cu ildən bəri rekord göstəricidir.