ABŞ Rusiyanı nüvə müharibəsini qızışdırmaqda ittiham edibbackend

ABŞ Rusiyanı nüvə müharibəsini qızışdırmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanı nüvə müharibəsinin qarşısının alınmasına görə məsuliyyətdən boyun qaçırmaqda ittiham etməyə çalışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, o, bu bəyanatı Rusiyanın BMT Təhlükəsizlik Şurasında ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsinə veto qoymasından sonra verib.

Tomas-Qrinfild Yaponiya səfərindən qayıtdığını və burada nüvə bombasının düşdüyü sonuncu yerə – Naqasakiyə getdiyini söylədi.

“Bu, müharibə bəlasının qarşısını almaq və heç bir yerdə bir daha nüvə silahı dəhşəti yaşamamasını təmin etmək üçün dərin məsuliyyətimizi xatırlatdı. Təəssüf ki, bu gün Rusiya bu məsuliyyətdən imtina edib”, – deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi yekunlaşdırıb.