ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayırbackend

ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg TV”yə müsahibəsində bildirib.

“Bu müharibəni Rusiya istehsalı olan nefti alaraq maliyyələşdirənlərə, məsələn, Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və rüsumların tətbiqi münaqişənin dayandırılması yolunda növbəti addımdır”, – o qeyd edib.

Diplomatın sözlərinə görə, bu tədbirlər Rusiyanın gəlir mənbələrinə “həqiqətən zərbə vuracaq”.

Daimi nümayəndə “Newsmax” telekanalının efirində iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalçılarına qarşı sanksiyalar tətbiq etməklə sülhün bərqərar olmasına şərait yaratmağa çalışır.