ABŞ Rusiyanın nüvə bazalarına təyyarə göndərirbackend

ABŞ Rusiyanın nüvə bazalarına təyyarə göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ Murmansk vilayətindəki Rusiyanın nüvə bazalarına ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing WC – 135 casus təyyarəsini göndərib.

NOCOMMENT.az bildirir ki, bu barədə Newsweek jurnalı xəbər verir.

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus WC-135R təyyarəsi İngiltərənin şərqindəki əsas Britaniya bazası olan RAF Mildenhall -dan havaya qalxdı və daha sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət etdi ”, – nəşr Flightradar24 portalının məlumatlarına istinadən yazır .

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ strateji sabitlik üzrə dialoqda maraqlı deyil və buna görə də Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinin (START) yenilənməsini müzakirə etməkdə heç bir məna görmür.