ABŞ Rusiyanın təcavüzkar kimi qeyd olunmasının əleyhinədirbackend

ABŞ Rusiyanın təcavüzkar kimi qeyd olunmasının əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ fevralın 24-də SVO-nun başlamasının üçüncü ildönümünə həsr olunmuş “Böyük yeddilik” kommünikesində Rusiyaya münasibətdə “təcavüzkar” ifadəsinə qarşı çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazır.

“ABŞ G7-nin üçüncü ildönümü (SVO-nun başlanması – redaktorun qeydi) ilə bağlı bəyanatında Rusiyanın təcavüzkar adlandırılmasının əleyhinədir”, – nəşrin bəyanatında deyilir.

Nəşrin mənbələrinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi G7-nin virtual sammitində iştirakı da hələ razılaşdırılmayıb.

FT hesabatında qeyd edildiyi kimi, bu, Qərbin “ənənəvi birlik nümayişini” poza bilər.