ABŞ Rusiyanın Vaqner qrupunu “terror təşkilatı” elan edə bilər – İDDİAbackend

ABŞ Rusiyanın Vaqner qrupunu “terror təşkilatı” elan edə bilər – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mediası Bayden administrasiyasının Rusiyanın muzdlu qruplaşması “Vaqner”i “xarici terror təşkilatları” siyahısına daxil etməyi planlaşdırdığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg media təşkilatı məlumat yayıb.

Ağ Evdəki mənbələrə əsaslanan məlumata görə Co Bayden rəhbərliyi Ukraynanın işğalında rolu olduğu düşünülən Rusiyada yerləşən hərbi qruplaşma – “Vaqner Qrup”-u “terror təşkilatı elan etməyi” planlaşdırır.

Bayden administrasiyasının hələlik məsələ ilə bağlı yekun qərarı vermədiyi qeyd olunub.

Bildirilir ki, Afrikada da fəaliyyət göstərən “Vaqner Qrup” un terrorla əlaqəsi olduğu təqdirdə, ABŞ bu qrupa və üzvlərinə qarşı qanuni tədbirlər görərək onların aktivlərinin dondurulması kimi sanksiyalar tətbiq edə bilər.

Jalə Bədirova

NOCOMMENT.az