ABŞ Rusiyaya görə ər-Riyadı cəzalandırsa…backend

ABŞ Rusiyaya görə ər-Riyadı cəzalandırsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanını neft hasilatının azaldılması üçün Rusiya ilə birgə qərarına görə cəzalandırmaq qərarına gəlsə, onunla münasibətləri ciddi şəkildə korlaya bilər.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məqalədə bildirilir ki, Amerika lideri indi Vaşinqtonun ər-Riyadın xarici siyasətindəki dəyişikliyinə nə qədər sərt reaksiya verməli olduğunu dəyərləndirməyə çalışır: “Bununla bağlı Səudiyyə krallığına əsas silahların tədarükünə qadağa qoyulmasını və təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin aşağı salınmasını tələb edən demokratların səsi getdikcə ucalır. Səudiyyə Ərəbistanının nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edən Bayden bu yolla getməyə qərar verərsə, onun manevr etmək imkanları məhdudlaşacaq”.

Qeyd olunur ki, Birləşmiş Ştatlar Krallıqla hərbi sənaye sahəsində əməkdaşlığı birdən-birə dayandıra bilməz: “Ər-Riyad Vaşinqton üçün Yaxın Şərqdə qüvvələr balansının qorunmasında və İrana qarşı tarazlıqda əsas rol oynayır”.