ABŞ prezidenti Donald Trampın administrasiyası G7-nin Ukraynadakı vəziyyətlə bağlı kommunikesinin münaqişənin həlli üçün Rusiya ilə danışıqlara mane olmasının qarşısını almağa çalışır.
NOCOMMENT.az bu barədə New York Times-a istinadən xəbər verir.
“Tramp administrasiyasının rəsmiləri ABŞ-ın keçmiş lideri Co Baydenin dövründə verilən bəyanatdan fərqli və daha qısa bir şey istədiklərini bildirdilər və onlar həmçinin sənədin Rusiya ilə davam edən danışıqlara mane olmamasını təmin etmək istəyirdilər”, – qəzet yazır.
Bundan əlavə, adının çəkilməməsi şərti ilə nəşrə danışan Ağ Ev rəsmilərindən biri bildirib ki, Amerika tərəfi Ukraynadakı xüsusi əməliyyatın guya “suverenliyin pozulması” olduğu barədə bəyanatı kommünikedən çıxarmağı xahiş edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ G7 ölkələrinin tezliklə dərc olunacaq kommünikesində Rusiyaya münasibətdə “təcavüzkar” ifadəsini işlətməkdən imtina edib. Trampın ətrafının fikrincə, bu cür formalaşdırmalardan imtina etmək Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə töhfə verəcək. Bundan əlavə, bu qərarın səbəbi kimi Ukrayna lideri Vladimir Zelenski ilə ictimai mübahisənin olduğu bildirilir.