ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndiribbackend

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəhbərliyi Amerikadakı seçkilərə müdaxilə, informasiya texnologiyaları sahəsindəki fəaliyyəti və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

NOCOMMENT.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər, həmçinin Rusiya Federasiyasından olan altı fiziki və iki hüquqi şəxsə qarşı da tətbiq olunub.

“Bugünkü tədbirlər rusiyalı sahibkar Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı fəaliyyətində, Federal Təhlükəsizlik Xidmətinin fəaliyyətini asanlaşdırmaq və ya ABŞ sanksiyalarında yayındırmaq məqsədi daşıyan fəaliyyətlərdə birbaşa iştirak etdiyinə görə səkkiz fiziki şəxsə və yeddi təşkilata qarşı yönəldilib”, – deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.
APA