ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndiribbackend

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, onlarla fiziki və hüquqi şəxsi əlavə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar “Qazprombank”, “BKS-Bank”, “Centrocredit Bank”, “İturup” Bank, “Bratsk Xalq Bankı”, “Kremlevski” Bank, “DOM.RF” Bank və “Müstəqil İxtisaslaşdırılmış Depozitar” ASC-yə qarşı tətbiq edilib.

ABŞ Xəzinədarlığının sanksiya siyahısına həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin və Dmitri Tulin daxil edilib.