ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirirbackend

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya üçün sanksiya siyahısına dörd fiziki, üç hüquqi şəxs və bir quru yük gəmisini əlavə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin yeni siyahısına Rusiya vətəndaşları Yuri Belyakov, Vyaçeslav Vidanov və Söhrab Qayrat, həmçinin Əfqanıstan vətəndaşı daxildir. Sanksiyaya məruz qalan hüquqi şəxslər “Edison” MMC, “Kolibri Group” MMC və “Sky Frame” MMC olub.

Göstərilən fiziki və hüquqi şəxslər SDGT siyahısına daxil edilib. Birləşmiş Ştatlar hökuməti oradakı şəxsləri, şirkətləri və təşkilatları “terrora qarşı mübarizə” çərçivəsində siyahıya alır.