ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəkbackend

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri tətbiq etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi bildirib ki, Vaşinqton bu həftə bir sıra həssas yeni anti-Rusiya sanksiyaları və ixraca nəzarət tədbirləri elan edəcək. Bu tədbirlər G7 ölkələrinin liderlərinin üzərinə götürdüyü bir sıra öhdəliklər çərçivəsində həyata keçiriləcək.

Kirbi qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti Moskvaya xarici məhsullar almağa kömək etdiyi iddia edilən təşkilat və şəbəkələrə qarşı yönələcək. Xüsusilə, maliyyə vasitəçilərinin Rusiya hərbi-sənaye bazasının dəstəklənməsi üzrə işi mürəkkəbləşəcək və bu, Rusiya iqtisadiyyatının əsas sektorlarında gələcək gəlirləri məhdudlaşdıracaq.