ABŞ Rusiyaya terrorla bağlı xəbərdarlıq edibbackend

ABŞ Rusiyaya terrorla bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi, Rusiyanın Moskvaya hücumdan əvvəl ABŞ-ın xəbərdarlığı ilə bağlı açıqlamalarını cəfəngiyat adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Rusiya hakimiyyətinin mövqeyinə baxmayaraq, terror aktında İŞİD-in iştirakı ABŞ-a tamamilə aydındır.

Onun sözlərinə görə, ABŞ dəfələrlə Rusiya hakimiyyətinə kütləvi tədbirlərdə mümkün ekstremist hücumlar barədə xəbərdarlıq edib:

“Aydındır ki, İŞİD ötən həftə Moskvada baş verən dəhşətli terror aktına görə yalnız özü məsuliyyət daşıyır. Əslində, ABŞ bu terror aktının qarşısını almaq üçün kömək etməyə çalışdı və Kreml bunu bilir. Martın 22-də baş verən terror hücumu ərəfəsində ABŞ hökuməti Rusiya hakimiyyətinə Moskvadakı böyük toplantılara və konsertlərə qarşı terror təhlükəsi ilə bağlı dəqiq və ətraflı məlumat verdi”.