ABŞ seçki günü “dezinformasiya təlaşına” hazırlaşırbackend

ABŞ seçki günü “dezinformasiya təlaşına” hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika mediası ABŞ prezident seçkilərində gözlənilən “dezinformasiya təlaşına” hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

“ABŞ xəbər qrupları seçkilər zamanı gözlənilən dezinformasiya ilə mübarizə aparmaq üçün səyləri gücləndirir”, – nəşr bildirib.

Beləliklə, Amerika mediası, “seçici saxtakarlığı ilə bağlı əsassız ittihamlara” müqavimət göstərməyə çalışır. Məsələn, Associated Press-in Vaşinqton bürosunun rəhbəri Anna Consonun qeyd etdiyi kimi, nəşr “dezinformasiyaya hazırdır”. FT xatırladır ki, bu agentlik 1848-ci ildən bəri ABŞ seçkilərində səsləri hesablayır.

Media maqnatı Rupert Merdokun Fox News televiziyası qrafikanı təkmilləşdirmək üçün texnologiyaya sərmayə qoyub ki, izləyicilər səslərin sayılmasının nə qədər dəqiq olduğunu əyani şəkildə görə bilsinlər.