ABŞ səfiri Fleyk Qaziantepdə iftara qatılaraq yemək payladıbackend

ABŞ səfiri Fleyk Qaziantepdə iftara qatılaraq yemək payladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ankaradakı səfiri Ceff Flake fevralın 6-da Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərin ən çox zərər çəkdiyi yerlərdən biri olan Qaziantepin İslahiyyə rayonunda iftar süfrəsinə qatılıb və zəlzələdən əziyyət çəkən şəxslərə yemək paylayıb.

NOCOMMENT.az xəbər verir ki, o, Demokratiya Meydanında yerləşən ABŞ mərkəzli “World Central Kitchen” beynəlxalq xeyriyyə təşkilatının çadırını ziyarət edib.

Fleyk buradakı yemək paylanmasında iştirak edib və zəlzələ qurbanlarının iftarına qatılıb.

Səfir ABŞ-ın zəlzələ fəlakətləri başlayandan bəri 235 milyon dollarlıq yardım etdiyini də elan edib.

NOCOMMENT.AZ