ABŞ səfiri İrəvanı tərk edir: Moskvada çalışacaqbackend

ABŞ səfiri İrəvanı tərk edir: Moskvada çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Ermənistandakı səfiri Linn Treysinin səlahiyyət müddəti başa çatıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla əlaqədar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan amerikalı diplomatı qəbul edib.

Nazir ABŞ səfirinə Ermənistan XİN-in medalını təqdim edib.

Qeyd edək ki, Linn Treysi bundan sonra diplomatik fəaliyyətini Moskvada davam etdirəcək. Belə ki, o, ABŞ-nin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.