ABŞ səfiri NATO qüvvələrinin Hindistanda olmadığını bildiribbackend

ABŞ səfiri NATO qüvvələrinin Hindistanda olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda NATO qüvvələri yoxdur, lakin alyans Hind-Sakit okean regionunda sabitlikdə maraqlıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın Hindistandakı səfiri Erik Qarsetti “The Hindu” nəşrinə müsahibəsində deyib.

“Hindistanda NATO varlığı yoxdur və mən belə bir tələbdən xəbərsizəm”, – deyə o vurğulayıb.

Bununla belə, o, NATO üzvlərinin “bütün dünya kimi” azad və təhlükəsiz Hind-Sakit okean regionunun təmin edilməsində maraqlı olduğunu söylədi.

Diplomatın qeyd etdiyi kimi, Hindistan “ABŞ ilə hər hansı digər ölkə ilə müqayisədə daha çox hərbi təlimlər keçirir”.