ABŞ səfirindən F-16 açıqlamasıbackend

ABŞ səfirindən F-16 açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceff Flake Ankarada jurnalistlərə Türkiyə-Amerika münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Entoni Blinkenin dünən Vaşinqtonda görüşdüyünü xatırladan Fleyk iki ölkə arasında yüksək səviyyəli danışıqlardan məmnun olduqlarını dilə gətirib.

Blinkenin Türkiyəyə “Qara Dəniz Taxıl Dəhlizi Razılaşmas”ına görə təşəkkür etdiyini bildirən Fleyk görüş zamanı Türkiyəyə F-16-ların satışı, Rusiya-Ukrayna müharibəsi və NATO kimi mövzuların da gündəmdə olduğunu bildirib.

ABŞ Konqresinin F-16-nın Türkiyəyə satışı və modernləşdirilməsinə qarşı çıxması ilə Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesi arasında əlaqə olub-olmadığını soruşduqda Flake, “Xeyr. Burada heç bir əlaqə yoxdur. Nazir Blinken bunu açıq şəkildə ifadə etdi. .”deyə açıqlama verib.