ABŞ səfirliyi Aytən Məmmədova ilə bağlı bəyanat yaydıbackend

ABŞ səfirliyi Aytən Məmmədova ilə bağlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya hücum edilməsini pisləyib.

NOCOMMENT.az xəbər verir ki, səfirlik bununla bağlı bəyanat yayıb.

“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, – səfirlikdən bildirilib.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal küçəsi 11 ünvanında yaşayan jurnalist A. Məmmədova binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.

Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.