ABŞ Senatı hökumətin sentyabrın sonuna kimi maliyyələşdirilməsini dəstəkləyibbackend

ABŞ Senatı hökumətin sentyabrın sonuna kimi maliyyələşdirilməsini dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı bəzi federal departamentlərin 2024-cü maliyyə ilinin sonuna qədər (ölkədə sentyabrın 30-da başa çatır) fəaliyyəti üçün vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, paket qanun layihəsinə ayrı-ayrı departamentlər üçün 460 milyard dollardan çox maliyyə daxildir.

Qanunun Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün 60 senatorun səsi lazım idi.

Təşəbbüs çərşənbə günü Nümayəndələr Palatası tərəfindən dəstəklənib.