ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyibbackend

ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib. Qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək tələb olunurdu.

NOCOMMENT xəbər verir ki, ABŞ Konqresi Türkiyə və Suriyada zəlzələ fəlakətindən zərər çəkənlərə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fevralın 16-da təqdim edilən həmin qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi qeyd olunub.

Senatorlar eyni zamanda Amerika hökumətini hər iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar. Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı və təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib.

Demokrat Partiyasının təqdim etdiyi bu layihədə iki ölkə xalqına da başsağlığı verilib.