ABŞ Senatı Ukraynanın dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməyə baxmaqdan imtina edib.
NOCOMMENT.az xəbər verir ki, səsvermə “C-SPAN” tərəfindən yayımlanıb.
Qətnamənin baxılmasının lehinə 37 senator, əleyhinə isə 61 senator səs verib.
Qeyd edək ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyasının Kiyevin 4,65 milyard dollar məbləğində borclarını silmək planları barədə Konqresə məlumat verib.