ABŞ Senatının iki lideri Rusiyadan bunu xahiş etdibackend

ABŞ Senatının iki lideri Rusiyadan bunu xahiş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Demokrat və Respublikaçı liderləri birgə bəyanatda Rusiyanı saxladığı amerikalı müxbir Evan Qerşkoviçi azad etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, hər iki partiya adından bəyanat imzalanaraq Rusiyanın “Wall Street Journal” (WSJ) müxbiri Qerşkoviçin haqsız yerə həbsini “qətiyyətlə pislədikləri” bildirilib.

Senat liderləri həmçinin Rusiyanı ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarının Amerika vətəndaşı jurnalistlə əlaqə saxlamasına mane olmaqda ittiham ediblər.

Bəyanatda amerikalı Paul Velanın da oxşar ittihamlarla Rusiyada saxlanıldığı xatırladılaraq Kreml administrasiyasının məhkəmə sisteminin ədalətli olmadığı bildirilib.

NOCOMMENT.AZ