ABŞ prezidenti Donald Trampın Rusiya neftini alan bir sıra ölkələrə qarşı rüsumlar tətbiq etmək qərarı dönüş nöqtəsi olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “X” sosial şəbəkəsində yazıb.
“Trampın ucuz Rusiya nefti alan ölkələrə qarşı tədbir görmək qərarı – bu, dönüş nöqtəsidir. Bu ölkələr nəhayət, yüksək və çoxdan gecikmiş qiymət ödəyəcəklər”, – deyə senator bildirib.
Qrem, həmçinin Ukraynaya dəstək verən Avropa İttifaqı ölkələrinə də müraciət edib. O, xatırladıb ki, həmin ölkələr Hindistandan neft alırlar, halbuki Hindistan həmin nefti əvvəlcə Rusiyadan alıb.