ABŞ Şimali Koreyanın raket buraxmasını pisləyibbackend

ABŞ Şimali Koreyanın raket buraxmasını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Şimali Koreyanın qısa mənzilli ballistik raketlər buraxmasını pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir. Şimali Koreyanı qeyri-qanuni və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi də Pxenyanı təxribat xarakterli hərəkətlərdən çəkinməyə və diplomatiyaya qayıtmağa çağırıb.

Yaponiyanın Baş naziri Fumio Kişida isə bildirib ki, Şimali Koreyanın ballistik raketlər buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Tokio bu hərəkətləri kəskin şəkildə pisləyir, biz artıq etirazımızı bildirmişik.

Qeyd edək ki, Şimali Koreya ötən gün Yapon dənizinə doğru 10 ballistik raket atıb.