ABŞ Şimali Koreyanın sanksiyalardan yayınmasını dayandırmaq üçün…backend

ABŞ Şimali Koreyanın sanksiyalardan yayınmasını dayandırmaq üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton müttəfiqləri ilə birlikdə Şimali Koreyanın sanksiyalardan yayınmasını dayandırmaq üçün səylərini davam etdirəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Cənubi Koreyaya 4 günlük səfərinin yekununda keçirilən brifinqdə səsləndirib.

Bildirib ki, Rusiya və Çinin bu məsələdə mövqeyini dəyişəcəyini və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə əməkdaşlıq edəcəyini gözləmir.

Qeyd edək ki, Amerikalı diplomat Cənubi Koreyaya səfəri çərçivəsində prezident Yun Suk Yeol və ölkənin digər bir sıra yüksək səviyyəli rəsmilər ilə Şimala qarşı birgə əməkdaşlığı müzakirə edib.