ABŞ Simonyana qarşı sanksiya tətbiq edibbackend

ABŞ Simonyana qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi RT telekanalına, kanalın baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika departamentinin açıqlamasında bildirilir.

Həmçinin RT xəbər yayımı xidmətinin rəhbərinin müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da sanksiyalara məruz qalıb.

Açıqlamada həmçinin deyilir ki, Amerika səlahiyyətliləri RT-nin iki əməkdaşını xarici agentlər qanununu pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib.