ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə olundubackend

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb.

NOCOMMENT xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tvitter sosial şəbəkəsində yazıb.

“Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik”, – deyə o bildirib.