Suriya hakimiyyət orqanları milislərlə druz özünümüdafiə qüvvələri arasında toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətində baş verən hadisələrə görə cavabdehlik daşımalıdır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
Suriya hökuməti ölkənin bütün sərhədlərinə nəzarəti nəzərə alaraq Əs-Suveydada baş verən hadisələrə görə məsuliyyət daşımalıdır”, – o vurğulayıb.
Diplomat əlavə edib ki, Suriyada sülhün hökm sürməsi üçün bütün döyüşən qruplar dərhal silahlarını yerə qoymalı, döyüşləri dayandırmalı və qəbilə intiqamlarından əl çəkməlidir.
Bundan əvvəl Suriya prezidenti Əhməd əl-Şaraa Əs-Suveyda əyalətində dərhal və hərtərəfli atəşkəs elan edib. Döyüşlər zamanı İsrail Müdafiə Qüvvələri (İDF) Dəməşqdə Suriya Baş Qərargahı kompleksinə və prezident sarayına zərbələr endirib .