ABŞ “Taliban”la əməkdaşlığı genişləndirəcək?backend

ABŞ “Taliban”la əməkdaşlığı genişləndirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti İŞİD terror qrupuna qarşı kəşfiyyat sahəsində “Taliban”la əməkdaşlığı genişləndirə bilər.

NOCEMMENt.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford açıqlayıb.

1999-2003-cü illərdə Britaniyanın Bəhreyndəki səfiri, 2003-2006-cı illərdə Britaniyanın Suriyadakı səfiri olan Ford bildirib ki, bu, ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu bitəndən sonra baş verə bilər:

“31 avqustdan sonra ABŞ kəşfiyyatı ilə “Taliban” arasında İŞİD-ə qarşı mübarizədə gizli formada əməkdaşlığın güclənəcəyini gözləyirəm”.

Keçmiş səfirin sözlərinə görə, bu cür əməkdaşlıq 2019-cu ildə ABŞ ordusunun Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadini öldürməsinə bənzər “əməliyyata səbəb ola bilər”.