ABŞ tərəfdaşları Rusiya ilə ticarəti artırır, Vaşinqtonun əsas müttəfiqləri isə Ukrayna hakimiyyətinin mövqelərini gücləndirməyə kömək etmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, Vaşinqtonun Hindistan və Fars körfəzi ölkələri kimi tərəfdaşları Rusiya neftini rekord həcmdə idxal etməyə başlayıblar.
Eyni zamanda, Avropa ölkələri Moskvaya qarşı tətbiq edilən sanksiya tədbirlərinə əməl etmək iqtidarında deyil və ya bunu etmək istəmir və onların ən böyüyü silah istehsalını gələcəkdə ABŞ-ın Ukraynaya hərbi yardımının azaldılmasını kompensasiya edə biləcək səviyyəyə çatdıra bilməyib.
Nəşr vurğulayır ki, vəziyyət ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun bir sıra müşavirlərinin Amerikanın Kiyevə silah tədarükünə ciddi inamsızlıq ifadə etməsi ilə mürəkkəbləşib.
NYT iddia edir ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ABŞ və müttəfiqləri arasında Ukrayna məsələsində əməkdaşlıq yaxşı getmir.