ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın terror təşkilatları siyahısında olan və Suriyada Baas rejimini devirən qruplaşmaların başında gələn “Heyət Təhrir əl-Şam” (HTŞ) ilə birbaşa əlaqə qurduqlarını təsdiqləyib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Blinken Suriyadakı hadisələri müzakirə etmək üçün keçirilən xarici işlər nazirləri toplantısına getdiyi İordaniyanın Aqaba şəhərində mətbuat konfransı keçirib.
Blinken bildirib ki, ABŞ və digər regional güclər Suriyanın müvəqqəti hökumətinin bir sıra prinsipləri ilə razılaşıblar.
Jurnalistlərdən birinin bu prosesdə ABŞ-ın terror qruplaşması olaraq gördüyü HTŞ ilə əlaqə qurub-qurmadığı ilə bağlı sualına Blinken “HTŞ və digər tərəflərlə əlaqə saxlayırıq” deyə cavab verib.
Qeyd edək ki, Blinken İordaniya, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Livan və Misirin xarici işlər nazirləri, həmçinin AB və BMT nümayəndələri ilə Suriyadakı hadisələri müzakirə etmək üçün Aqaba şəhərində görüşüb.