ABŞ Trampın potensial qələbəsindən əvvəl daha bir hərbi bloku genişləndirmək istəyirbackend

ABŞ Trampın potensial qələbəsindən əvvəl daha bir hərbi bloku genişləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AUKUS müdafiə Alyansının üzvləri (Böyük Britaniya, ABŞ və Avstraliya) ABŞ-da seçkilərin başlamasından və keçmiş dövlət başçısı Donald Trampın mümkün qələbəsindən, eləcə də Britaniya və Avstraliyadakı Seçki proseslərindən əvvəl Birliyi digər Qərb müttəfiqləri hesabına sürətlə genişləndirmək niyyətindədirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

“Böyük Britaniya, ABŞ və Avstraliya potensial təlatümlü seçkilər ərəfəsində AUKUS üçtərəfli müdafiə tərəfdaşlığını digər müttəfiqlərə genişləndirməyə tələsir”, – məlumatda bildirilir.

İttifaqın Yaponiya və Kanada hesabına genişləndirilməsi planlaşdırılır. Qəzet yazır ki, Tokio və Ottava 2024-cü ilin sonuna kimi hərbi-siyasi assosiasiyaya qoşulmağa hazır olacaqlar.

Ölkələrin belə bir addım atmaq niyyətində olduğu vurğulanır, çünki “Tramp AUKUS sazişini ləğv edə və ya imtina edə bilər”.