Onun Qəzza zolağına nəzarəti ələ keçirmək və onun bərpasına başlamaq fikrini yalnız ABŞ prezidenti Donald Trampın yaxınları bilirdi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən Wall Street Journal məlumat yayıb.
“Qəzzanı ələ keçirmək ideyası bu yaxınlarda formalaşıb və son günlər prezident bunu öz köməkçiləri və müttəfiqləri ilə müzakirə edir. Bu təklif dar bir dairəyə məlum idi”, – deyə nəşr yazır.
WSJ-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahunun səfəri ərəfəsində Amerika liderinin ideyasının müzakirəsindən bir çox rəsmilər xəbərsiz olub.
Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri ilə danışıqlardan sonra Tramp bildirib ki, ABŞ Qəzza zolağına nəzarəti ələ keçirməyə, onu partlamamış hərbi sursatlardan təmizləməyə, ərazini hamarlaşdırmağa və dağılmış binaları sökməyə hazırdır.