ABŞ Türkiyə ilə Əsəd rejimi arasında danışıqları dəstəkləmirbackend

ABŞ Türkiyə ilə Əsəd rejimi arasında danışıqları dəstəkləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın paytaxtı Moskvada Türkiyə və Suriyadakı Əsəd rejiminin görüşünü dəyərləndirib.

NOCOMMENT.az xəbər verir ki, o, Bəşər Əsəd rejiminə qarşı siyasətlərinin dəyişmədiyini və ölkələrin rejimlə münasibətlərini düzəltməsini dəstəkləmədiklərini bildirib.

“Bizim siyasətimiz dəyişməyib. Biz amansız diktator Bəşər Əsədi bərpa etmək üçün münasibətlərini yaxşılaşdıran ölkələri dəstəkləmirik. Ölkələri Əsəd rejiminin insan haqları sahəsində törətdiyi dəhşətli vəziyyətə diqqət yetirməyə çağırırq.” deyə Prays qeyd edib.

Görüşlə bağlı Türkiyə ilə əlaqə saxlayıb-saxlamadıqlarına dair suala Prays belə cavab verib: “Biz bütün müttəfiqlərimizə və tərəfdaşlarımıza açıq şəkildə bildirdik ki, indi Əsəd rejimi ilə münasibətləri normallaşdırmağın vaxtı deyil.”