ABŞ Türkiyə ilə Rusiya arasında inamsızlıq mühiti yaratmaq istəyirbackend

ABŞ Türkiyə ilə Rusiya arasında inamsızlıq mühiti yaratmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Ankaraya sanksiya təzyiqi vasitəsilə Türkiyə və Rusiya arasında inamsızlıq mühiti yaratmaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti ilə söhbətində türkiyəli tarixçi və analitik Mehmet Perinçək deyib.

O qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalardan Moskva ilə ticarət əlaqələri olan ölkələrə – Çin, Hindistan, Türkiyə və Azərbaycana qarşı silah kimi istifadə edib.

“ABŞ bu silahlardan Türkiyəyə qarşı fəal şəkildə istifadə edir, çünki Rusiya Ankaranın əsas ticarət tərəfdaşlarından biridir”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəb Ercin ABŞ-ın sanksiyalar məsələsində Ankaraya təzyiqindən istifadə edərək Türkiyə ilə Rusiya arasında münasibətləri tamamilə pozmağa cəhd edə biləcəyini irəli sürmüşdü.