Birləşmiş Ştatlar Ankaraya sanksiya təzyiqi vasitəsilə Türkiyə və Rusiya arasında inamsızlıq mühiti yaratmaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti ilə söhbətində türkiyəli tarixçi və analitik Mehmet Perinçək deyib.
O qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalardan Moskva ilə ticarət əlaqələri olan ölkələrə – Çin, Hindistan, Türkiyə və Azərbaycana qarşı silah kimi istifadə edib.
“ABŞ bu silahlardan Türkiyəyə qarşı fəal şəkildə istifadə edir, çünki Rusiya Ankaranın əsas ticarət tərəfdaşlarından biridir”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əvvəl türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəb Ercin ABŞ-ın sanksiyalar məsələsində Ankaraya təzyiqindən istifadə edərək Türkiyə ilə Rusiya arasında münasibətləri tamamilə pozmağa cəhd edə biləcəyini irəli sürmüşdü.