Türkiyənin BRİKS-ə qoşulmaq istəyi beynəlxalq səhnədə mühüm simvolik və strateji addım rolunu oynayır.
NOCOMMENT.az xəbər verir ki, bunu Control Risks konsaltinq şirkətinin analitiki Corc Dayson deyib .
“[Türkiyə] özünü çoxqütblü dünyada müstəqil oyunçu və hətta potensial yeni güc mərkəzi kimi mövqeləndirir. Bu, Türkiyənin Qərbdən tamamilə üz döndərdiyi anlamına gəlmir, lakin Türkiyə mümkün qədər çox ticarət əlaqələri qurmaq və Qərb oriyentasiyası ilə bağlı qalmadan, ondan istədiyi kimi istifadə etmək istəyir”.
Ekspertin fikrincə, Ankaranın bu qərarı onun “geniş geosiyasi kursu” ilə əlaqələndirilir. O qeyd edib ki, bunun mütləq simvolik mənası var – Türkiyə göstərir ki, Qərb əlaqələri ilə məhdudlaşmır.
Sentyabrın 2-də Türkiyə BRİKS dövlətlərarası assosiasiyaya üzv olmaq üçün rəsmi ərizə təqdim edib. Ankara bu yolla çoxqütblü dünyanın bütün tərəfləri ilə əlaqələri inkişaf etdirməyə çalışdığını vurğulayıb.