ABŞ Türkiyəyə çağırış etdi: Ayasofyanı muzey kimi saxlayınbackend

ABŞ Türkiyəyə çağırış etdi: Ayasofyanı muzey kimi saxlayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq məsələləri üzrə səfiri Səm Braunbək Türkiyə hökumətindən Ayasofyanı hazırkı statusunda saxlamağı xahiş edib. 

“Ayasofya dünyanın müxtəlif dinlərinə aid milyardlarla inanclı insanlar üçün böyük mənəvi və mədəni əhəmiyyət daşıyır. Biz Türkiyə Hökumətini onu YUNESKO-nun Ümumdünya irsi obyekti kimi saxlamağa və bir muzey olaraq indiki vəziyyətində hər kəs üçün əlçatan etməyə çağırırıq”, – deyə Braunbək öz “Twitterin”də yazıb.

İstanbuldakı Ayasofya kilsəsinin gələcəyi ətrafındakı müzakirələr mayın 29-da Konstantinopolun fəthinin növbəti ildönümündə Quran oxunması ilə yenidən başlayıb.

İstanbul
İstanbul

Bir həftə sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırmışdı. Daha sonra ədliyyə naziri Abdulhəmid Gül kilsənin yenidən məscid olmasına çağırmışxarici işlər naziri Mevlut Çavuşoğlu da bunun lehinə danışmışdı. Öz növbəsində, Türkiyənin erməni patriarxı II Saak Ayasofyanın həm xristianlar, həm də müsəlmanlar üçün dua yeri olmasını təklif etmişdi.

Məbədin gələcəyi ilə bağlı məsələyə iyulun əvvəlində ölkənin Dövlət Şurası baxacaq.

Qeyd edək ki, Ayasofya məbədi 1934-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün qərarı ilə muzey statusu almışdır. 1985-ci ildən bu kilsə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.