ABŞ Türkiyəyə səhra xəstəxanası göndərdibackend

ABŞ Türkiyəyə səhra xəstəxanası göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Türkiyədə baş verən təbii fəlakətdən sonra zəlzələdən zərər çəkənlərə yardım etməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin dəniz piyadaları, dənizçiləri, əsgərləri və aviatorlarından ibarət təcili səhra xəstəxanası Türkiyəyə gəlib.

Əməliyyat Qrupunun komandiri briqada generalı Endryu Priddi, “Türkiyə hökuməti zəlzələdən zərər çəkmiş ərazidə yenidənqurma işləri apardığı üçün hökumətin kritik əhəmiyyətli tibb müəssisələrinin təmin edilməsi üçün dəstək sorğusuna cavab veririk. Zəlzələ nəticəsində dağıntılardan əziyyət çəkən türk müttəfiqlərimizə və dostlarımıza peşəkarlıqla kömək edən komandamızla fəxr edirəm” deyə açıqlama verib.