ABŞ üç israilli şəxsə sanksiya tətbiq etdibackend

ABŞ üç israilli şəxsə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Fələstinlilərə öz torpaqlarını tərk etmələri üçün təzyiq edən üç ekstremist israilli şəxsə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib:

“Bu gün biz İordan çayının qərb sahilində sabitliyi pozmaqda iştirak edən üç israilli şəxsə qarşı daha məqsədyönlü sanksiyalar tətbiq edirik. Biz həmçinin “təsərrüfat müəssəsi” kimi adlandırılan iki əlaqəli qurum təyin etdik. İordan çayının qərb sahilindəki bu postlar zorakılıq aktları törətmək üçün baza rolunu oynayır və hətta İsrail qanunlarına görə də qanunsuzdur. İsrailin bu cür şəxsləri məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər görməsi çox vacibdir”.

Qeyd edib ki, mülki əhaliyə qarşı zorakılıq edən şəxslərin cəzalandırılması üçün İsrail daha çox iş görməlidir.