ABŞ Ukrayna dövlətini işğal etdi – EKSPERTbackend

ABŞ Ukrayna dövlətini işğal etdi – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna problemin hərb yolu ilə həllinə qərar verərsə, ağır nəticələri ola bilər və münaqişə ölkənin daxilinə doğru genişlənə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Musavat.com-a açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib. O bildirib ki, Ukraynanın bugünkü vəziyyəti barədə fikir bildirməkdən öncə keçmişə qısa nəzər salmaq lazımdır:

Azad Məsiyev
Azad Məsiyev

“Rusiya ilə ABŞ arasında razılaşma var ki, NATO Rusiyanın sərhədlərinə doğru irəliləməyəcək. ABŞ bu razılaşmaya əməl etmədi Gürcüstanda , daha sonra Ukraynada “rəngli inqilab”lar edərək, özünə münasib adamı hakimiyyətə gətirdi və bunu demokratiyanın qələbəsi kimi dünya ictimayətinə təqdim etdi. Hakimiyyətə gələnlər həmin dövləti NATO-ya inteqrasiya etmək siyasəti yeritməyə və ABŞ-ın təlimatına əsasən anti-Rusiya siyasəti yeritməyə başladılar.

ABŞ-ın bu cür davranışı Rusiyanın milli təhlükəsizliyinə zərbə vururdu. ABŞ Ukraynada Yankoviç hakimiyyətini devirərək, Ukrayna dövlətini klonlaşdırdı, orada dövlətin bütün strukturlarına öz kadrlarını yerləşdirdi, hətta Gürcüstanın eks prezidenti Saakaşvilini dövlət üçün xüsusi əhəmiyyət daşıyan vəzifəyə yerləşdirdi. Bu cür kadr siyasəti dövlətin hərbi-siyasi sahələrində də aparıldı və ABŞ-dan gələn təlimatçıların nəzarəti ilə bu günə kimi davam etməkdədir.

Ukrayna_ABŞ işğal

ABŞ Ukrayna dövlətini demokratiya bayrağı altında işğal etdi. ABŞ-ın hərbi mütəxəssisləri hesab edirdi ki, Krım yarımadasına nəzarət etməklə Rusiyanın Qara dəniz donanmasını zərərsizləşdirəcəklər. Krım yarımadası Rusiyanın Qara dəniz donanmasının döyünən ürəyidir, orada olan hərbi avadanlıqlar vasitəsi ilə (radiolakator, elektron cihazlar) Qara dənizdə və o ətrafda olan coğrafi bölgədə sualtı və suüstü hərəkət edən obyektlərə tam nəzarət etmək, təhlükə olan anda hədəfləri məhv etmək imkanlarına malikdir. Rusiya bu strateji bölgənin ABŞ-ın nəzarətinə keçməsinə imkan verməzdi və vermədi də. Rusiya Krım yarımadasına nəzarət etməklə Qara və Azov dənizlərində hərəkət edən hərbi donanmasının təhlükəsizliyini təmin etməkdədir. ABŞ Ukrayna dövlətini əlində alət edərək, Rusiyaya qarşı istifadə etməkdə davam edir, bu baxımdan “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”na qarşı hücuma Ukrayna Silahlı Qüvvələrini ciddi hazırlaşdırır, bir sözlə münaqişəni qızışdırmaqdadır”.

Ekspert bildirib ki, bəzi mütəxəssislər Ukraynadakı vəziyyətlə Cənubi Qafqazdakı vəziyyəti eyniləşdirməyə çalışırlar və bu eyniləşdirmə siyasi baxımdan fərqlidir:

“Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış geosiyasi vəziyyətlə Ukrayna-Donetsk-Luqansk münaqişəsində yaranmış geosiyasi vəziyyət arasında çox böyük fərqlər mövcuddur. Bircə uyğunluq ondadır ki, istər Ukrayna, istərsə də Cənubi Qafqaz münaqişəsi ABŞ və Rusiyanın maraqlarının toqquşmasından qaynaqlanır. Cənubi Qafqazda Rusiya sülhün təminatını öz üzərinə götürdü və demək olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail oldu. Ukraynaya gəlincə, Rusiya slavyan soyundan olan qardaşlarının hərəkətlərini indiki halda bağışlamayacaq. Bu baxımdan, Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”na siyasi dəstəyini verməkdə davam edəcəkdir. Ukrayna problemin hərb yolu ilə həllinə qərar verərsə, ağır nəticələri ola bilər və münaqişə Ukraynanın daxilinə doğru genişlənə bilər.

Hesab edirəm ki, Ukrayna xalqı daxili problemlərinin həlli üçün hərbi yol deyil, tamam fərqli yol seçməlidir. Əvvəla, Ukrayna dövləti sözün əsil mənasında xarici siyasətində bitərəf dəsti xəttini bəyan etməli, Qoşulmama Hərəkatının fəal üzvlərindən olmalı, bunun üçün öncə siyasi hakimiyyətdə və dövlət strukturlarında olan ABŞ yönümlü kadrlardan və təlimatçılardan təmizlənməli, qonşuları ilə, xüsusilə də Rusiya ilə dostluq əlaqələrini bərpa etməlidir”.