Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masası arxasında olmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Lakin burada əsas hədəf məqsəddir və biz onunla razıyıq: məqsəd bu münaqişəni ədalətli, uzunmüddətli, davamlı və bütün tərəflər üçün məqbul olan şəkildə bitirməkdir”, – deyə o bildirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.