Vaşinqton Kiyevlə Rusiyaya Qərbin uzaqmənzilli silahları ilə zərbə endirməsini müzakirə edəcəyi danışıqlar aparmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg ABŞ dövlət katibi Entoni Blinkenin Londonda keçirdiyi mətbuat konfransına istinadən məlumat yayıb.
Blinkenin sözlərinə görə, ABŞ Ukrayna hakimiyyətinin Qərbdən Kiyevə tədarük edilən uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxacaq və onu dinləyəcək.
Sentyabrın 10-da ABŞ Prezident Administrasiyasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə endirdiyi zərbələri qəbuledilməz hesab edir.