ABŞ Ukrayna üçün 6,9 milyard dollar AYIRDIbackend

ABŞ Ukrayna üçün 6,9 milyard dollar AYIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Ukrayna və digər ölkələr üçün kiçik diametrli bombaların istehsalına 6,9 milyard dollar ayırıb.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

 

Sənədə görə, bu müqavilə Yaponiya, Bolqarıstan və Ukraynaya Xarici Hərbi Satışı (FMS) əhatə edir. İşlərin 31 dekabr 2035-ci ilə qədər başa çatdırılması gözlənilir.

 

Həmçinin Pentaqon açıqlayıb ki, ABŞ-nin Co Bayden administrasiyası dövründə Ukraynaya 56,9 milyard dollar hərbi yardım edilib.

 

Rusiya Prezidenti Vladimir Putin isə dəfələrlə vurğulayıb ki, Ukraynaya silah tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək, sadəcə olaraq münaqişəni uzadacaq.