ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak edəcəkbackend

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Kiyevdə keçirilən mətbuat konfransında bildirib, konfrans alyansın YouTube-kanallarında yayımlanıb.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr bir çox səviyyələrdə, ölkələrin xarici işlər nazirləri və təhlükəsizlik müşavirləri arasında aparılır.

“Bu müzakirələrdən nəyin çıxacağını hələ demək üçün çox erkəndir, amma açıqdır ki, ABŞ bu prosesdə iştirak edəcək”, – Ryutte qeyd edib.